ABŞ nüvə silahlarına 17 milyard dollar xərcləyəcək

ABŞ nüvə silahlarına 17 milyard dollar xərcləyəcək
ABŞ-ın 2023-cü maliyyə ili üçün büdcə layihəsində nüvə arsenalının təkmilləşdirilməsi məqsədilə 17 milyard dollardan çox vəsait nəzərdə tutulub. Sənəd dekabrın 20-də ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin saytında dərc edilib.
Ümumilikdə, nüvə təhlükəsizliyi proqramlarına 22,1 milyard dolların ayrılması planlaşdırılır. Bunlardan, xüsusən, 17,1 milyard dolları nüvə arsenalına, 2,5 milyard dolları nüvə silahının yayılmaması məsələlərinə, 2,1 milyard dolları isə dəniz reaktorlarına yönəldiləcək.
Qeyd edək ki, ABŞ-ın 2023-cü maliyyə ili üçün büdcə layihəsi 1,7 trilyon dollar həcmindədir.
Mənbə: mk.ru
Gundelik-Baku.Org