ABŞ-da əczaçılıq şirkətləri 10 milyard dollar təzminat ödəyəcək

ABŞ-da əczaçılıq şirkətləri 10 milyard dollar təzminat ödəyəcək
ABŞ-ın ən böyük aptek şirkətlərindən biri olan CVS və Walgreens, opioid dərmanlara görə onlara qarşı açılan minlərlə iddiaya görə ümumilikdə 10 milyard dollar təzminat ödəməyə razılaşıblar.

CVS-dən verilən açıqlamada, onlara qarşı opioid iddialarını "əhəmiyyətli şəkildə həll etmək" üçün nəzərdə tutulmuş 5 milyard dollarlıq bir razılaşmaya razı olduqları bildirilib. 
Dövlət, bələdiyyə və qəbilə səviyyəsində nümayəndələrlə əldə olunan razılaşmaya əsasən, 2023-cü ildən etibarən növbəti 10 il ərzində müqavilədə iştirak edən tərəflərə kompensasiya ödənişləri həyata keçiriləcək. Açıqlamada, ödənişin 4,9 milyard dollarının əyalətlər və yerli hökumətlər tərəfindən açılan iddialardakı tərəflərə, 130 milyon dolların isə yerli qəbilələrə veriləcəyi qeyd edilib.
Gundelik-Baku.Org