Qazla bağlı çətinliklər yaşayan Avropa Türkiyədən kömür istəyir

Qazla bağlı çətinliklər yaşayan Avropa Türkiyədən kömür istəyir
Rusiyanın Avropaya təbii qaz nəqlinə məhdudiyyət qoyması ilə Avropada təbii qazın qiyməti 30 faizə qədər artıb.
Rusiyanın təbii qaza qoyduğu məhdudiyyətdən narahat olan Avropa ölkələri Türkiyədən 25 kiloqramlıq paketlərdə kömür istəyirlər. Lakin kömür istehsalçıları çatışmazlıq səbəbindən mallarını daxili bazara çıxarmağa üstünlük verirlər.
Digər tərəfdən, Rusiya və Ukraynadan Türkiyəyə kömür daşınmalarında fasilələr yaranıb. Nəticədə bir il ərzində kömürün qiyməti iki dəfə artıb. Keçən ilin oktyabrında kisəsi 80 lirəyə (7.312 manat) satılan kömür 190 lirəyə (17.366 manat) yüksəlib.
Mənbə: İHA
Gundelik-Baku.Org