Rusiya nümayəndələrinin Parisdəki sərgidə iştirakına icazə verilmədi

Rusiya nümayəndələrinin Parisdəki sərgidə iştirakına icazə verilmədi
Rusiya nümayəndələrinin Parisdə keçirilən kənd təsərrüfatı sərgisində iştirakına icazə verilməyib. 
Bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov məlumat verib.
"Bu həftə Parisdə kənd təsərrüfatı sərgisi (CIAL Paris) keçiriləcək. Birincisi, Rusiya nümayəndələrinə bu sərgidə iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək imkanı belə verilmədi və bizim təşkilatçılara birbaşa müraciətimizdə sərgidə rusiyalı ziyarətçilərin gözlənilmədiyi açıqlandı", - məlumatda deyilir. 
Gundelik-Baku.Org