İki minə yaxın ukraynalı hərbçi Fransada təlim keçəcək

İki minə yaxın ukraynalı hərbçi Fransada təlim keçəcək
İki minə qədər ukraynalı hərbçi Fransada təlim keçəcək. 
Bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornue bu gün "Le Parisien" nəşrinə bildirib.
"Respublika prezidenti Emmanuel Makron ukraynalı hərbçilərin bir neçə həftə ərzində Fransanın hərbi hissələrində yerləşdirilməsinə imkan verən proqramı təsdiqləyib. Uzun müddət müqavimət göstərə biləcək yeni nəsil əsgərlər yetişdirmək lazımdır", - Lokornev qeyd edib.
Onun sözlərinə görə, Fransa Ukraynaya kömək edir, lakin münaqişənin tərəfinə çevrilməmək üçün hər şeyi edir.
Gundelik-Baku.Org