Parisdə Məhsa Əmininin ölümü ilə bağlı etirazlar dəvam edir

Parisdə Məhsa Əmininin ölümü ilə bağlı etirazlar dəvam edir
 İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar Avropada da davam edir. Fransanın paytaxtı Parisdə bir araya gələn nümayişçilər Əmininin ölümünə görə İran hökumətinə etiraz ediblər və İran hökumətinin qadınlara münasibətini pisləyiblər. İranın ali dini lideri Ayətullah Əli Xamenei əleyhinə şüarlar səsləndirən nümayişçilər Fransa prezidenti Emmanuel Makronu Xamneyinin hərəkətlərinə qarşı mövqe tutmağa çağırıblar.
Gundelik-Baku.Org