Sergey Şoyqu Belarusa getdi

Sergey Şoyqu Belarusa getdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskə səfər edib. 
Bu barədə Belarus Müdafiə Nazirliyi rəhbərinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko məlumat yayıb.
O, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlarda iştirak edəcək.
Rəsmi Şoyqunun Minskə gəlişini təsdiqləsə də, lakin bu məsələ ilə bağlı digər təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Putin və Lukaşenko arasında danışıqlar dekabrın 19-da Minskdə geniş tərkibdə keçiriləcək. Sonra liderlərin təkbətək görüşü olacaq.
Gundelik-Baku.Org