Rusiya bu raketlərini Belarusa ötürür

Rusiya bu raketlərini Belarusa ötürür
Rusiya hərbi texnikalarını Belarusa ötürməkdə davam edir. 
Bu barədə Belarus Respublikası Müdafiə Nazirliyi məlumat dərc edib. 
Bu dəfə "Tor-M2K" zenit-raket komplekslərinin yeni partiyası Belarusa göndərilib: "Rusiyadan "Tor-M2K" zenit-raket komplekslərinin daha bir partiyası Belarusa gəlib".
Silah partiyası "Belarus və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında mövcud hökumətlərarası saziş çərçivəsində" alınıb.



Gundelik-Baku.Org