Putin bu dəfə Təhlükəsizlik Şurasını şəxsən çağırdı

Putin bu dəfə Təhlükəsizlik Şurasını şəxsən çağırdı
Rusiya prezidenti Vladimir Putin cari ilin fevral ayının 21-dən bəri ilk dəfə olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərini onlayn formatda deyil, təkbətək görüş üçün toplayıb.
"Forbes" nəşri xəbər verir ki, pezidentin rəsmi saytında yerləşdirilən fotoşəkillərə görə, görüş Kremldəki zalda keçirilib. 
Tədbirdə Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, FTX direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu və başqaları iştirak ediblər.
"Bu gün bizim planlaşdırılan məsələmiz var: Fövqəladə Hallar Nazirliyi mülki müdafiənin təkmilləşdirilməsi məsələlərini müzakirə etməyi təklif edir. Gəlin işə başlayaqü, - deyə Putin görüşün əvvəlində bildirib.
Gundelik-Baku.Org