"Makronla işgüzar əlaqələrim var" - Putin

"Makronla işgüzar əlaqələrim var" - Putin
Rusiya prezidenti Vladimir Putin bir çox xarici tərəfdaşlarla, o cümlədən Fransa lideri Emmanuel Makronla işgüzar əlaqələr saxladığını bəyan edib.
O, bu barədə Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Bir çox həmkarlarımla, o cümlədən Fransa prezidenti ilə işgüzar əlaqələrim var. Biz telefonla əlaqə saxlayırıq", - Rusiya lideri bildirib. 
Putin, həmçinin Makronun Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Moskvaya səfər etdiyini xatırladıb.
Gundelik-Baku.Org