"Səfərbərlik bu şəxslər üçün təxirə salındı" - Putindən FƏRMAN

"Səfərbərlik bu şəxslər üçün təxirə salındı" - Putindən FƏRMAN
Oktyabrın 6-da Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında fərmanda dəyişiklik edib.  
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.  
Fərmana əsasən, dövlət akkreditasiyasından keçmiş təhsil və elm təşkilatlarında əyani və qiyabi təhsil formalarında təhsil alan vətəndaşlara, həmçinin elmi və elmi-pedaqoji istiqamətlər üzrə aspirantlar; innovativ elmi və texnoloji mərkəzlərin ərazilərində yerləşən təşkilatlarda təhsil alan elmi aspirantlar, rezidentlər, stajçılar köməkçilərinə möhlət verilə bilər.
Fərman imzalandığı gündən, oktyabrın 6-dan qüvvəyə minir.
Daha əvvəl bildirilmişdi ki, Rəqəmsal İnkişaf Nazirliyi qismən səfərbərlikdən möhlət üçün ixtisasların siyahısını genişləndirəcək.
Gundelik-Baku.Org