Demokratlar Trampa dövlət vəzifəsi tutmağı qadağan etmək istəyirlər

Demokratlar Trampa dövlət vəzifəsi tutmağı qadağan etmək istəyirlər
Nümayəndələr Palatasının 40 nəfərlik Demokratlar qrupu 1860-cı illərin keçmiş Konfederasiya konstitusiyasına düzəliş əsasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın (Respublikaçı) dövlət vəzifəsindən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qanun layihəsi digər məsələlərlə yanaşı, əvvəllər Trampa ikinci impiçment cəhdinin təşəbbüskarı kimi çıxış etmiş konqresmen Devid Çiçilin tərəfindən təklif edilib.
14-cü düzəlişə əsasən, əvvəllər ABŞ Konstitusiyasına sədaqət andı içən və sonradan ABŞ hökumətinə qarşı silahlı üsyana qatılan və ya Birləşmiş Ştatların düşmənlərinə “yardım və ya dəstək” göstərən şəxslər dövlət vəzifələrində ola bilməzlər.
Demokratlar hesab edirlər ki, bu qayda 6 yanvar 2021-ci ildə ABŞ-a qarşı üsyana səbəb olduğunu iddia etdikləri Trampa şamil edilməlidir.
Gundelik-Baku.Org