Bu ölkədə "TikTok"dan istifadə QADAĞAN OLUNA BİLƏR

Bu ölkədə "TikTok"dan istifadə QADAĞAN OLUNA BİLƏR
ABŞ-da “TikTok” sosial şəbəkəsindən istifadəyə qadağa qoyula bilər.
Xarici KİV xəbər verir ki, artıq bununla bağlı konqresin hər iki palatasına qanun layihəsi təqdim olunub.
Qanun senator Marko Rubion tərəfindən hazırlanıb. ABŞ Nümayəndələr Palatasının üzvləri Mayk Qallaqer və Raca Krişnamurti qanun layihəsinin sponsorlarıdır. Onlar hesab edirlər ki, layihə amerikalıları sosial şəbəkələr sahəsində bir sıra düşmən dövlətlərin təhlükəsindən qoruyacaq.
Qanunvericilər ABŞ-da “TikTok” sosial şəbəkəsindən istifadənin qadağan olunmasını təklif edirlər. ABŞ rəsmiləri "TikTok"dakı məlumatların Çin hakimiyyəti tərəfindən istifadə edildiyini və təhlükəsizliyin qorunmadığını deyiblər.
Gundelik-Baku.Org