"Azərbaycan bu şəbəkənin yaradılmasının təşəbbüskarı olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan bu şəbəkənin yaradılmasının təşəbbüskarı olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Bildiyimiz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən 3 il ötür. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Prezident İlham Əliyev hələ 11 il bundan öncə belə bir strateji qərar qəbul etməklə Azərbaycanın beynəlxalq aləmdə yerinin, rolunun və çəkisinin son dərəcə artmasına nail olub". Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın BMT-dən sonra say tərkibinə görə dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına üzvlüyü və sədrliyi ona gətirib çıxardı ki, dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha 1 il müddətinə uzadıldı: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi tariximizin çox mürəkkəb bir çağına təsadüf etdi. Pandemiya bütün dünyanı caynağına almışdı. Onu bəzən İkinci Dünya müharibəsi də adlandırırdılar. Bu reallıqda Azərbaycan bu hərəkata rəhbərlik etmiş oldu".
Elman Nəsirov sözlərinə belə davam edib: "Belə ki, ilk dəfə məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderlərinin pandemiyaya qarşı mübarizədə səylərini birləşdirməklə bağlı sammit keçirdi. Bundan sonra cənab İlham Əliyev BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu sahədə çox ciddi təşviqat işləri həyata keçirildi və nəticədə BMT Baş Məclisi Azərbaycanın bu qərarını dəstəklədi. Sessiyanın keçirilməsində 21-ci əsrin vəbası sayılan pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin daha da birləşdirilməsidir. Səsvermə zamanı Azərbaycan əleyhinə səs verməyən yeganə dövlət Ermənistan olmuşdur. Bununla da Ermənistan pandemiya ilə yanaşı yer almışdı. Bu da bütün dünynaın gözü qarşısında baş vermişdi.
Cənab Prezidentin atdığı bu addımlar İkinci Qarabağ müharibəsində də mövqeyimizi xeyli gücləndirdi və BMT Baş Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə qətnamə qəbulunda 7 dövlət Azərbaycanın haqq işini müdafiə etdi. Bu gün də Azərbaycan bu təşkilat çərçivəsində çox səmərəli fəaliyyət göstərir. Xüsusilə də sülh və təhlükəsizlik məsələlərində bizim birmənalı mövqeyimiz var. Bu da üzv dövlətlər tərəfindən dəstəklənir.
Bildiyimiz kimi, Qoşulmama Hərəkatının Parlament şəbəkəsi yaradılıb. Azərbaycan bu şəbəkənin yaradılmasının təşəbbüskarı olub. Bu, cənab İlham Əliyevin təşəbbüsüdür və ilk yığıncaq da Azərbaycanda keçirildi. Milli Məclisin sədri Sahibə Qafarova da həmin Qoşulmama Hərəkatının Parlament şəbəkəsinin sədri kimi fəaliyyət göstərir".
Gundelik-Baku.Org