Milli Müqavimət Mərkəzi: “Xersondan qaçan rusiyalılar Melitopolda qarət və təcavüz cinayətləri törədirlər”

Milli Müqavimət Mərkəzi: “Xersondan qaçan rusiyalılar Melitopolda qarət və təcavüz cinayətləri törədirlər”
“Ukraynanın müvəqqəti işğal olunmuş Melitopol şəhərində kriminal vəziyyət daha da kəskinləşib. Dnepr çayının sağ sahilindən geri çəkilmiş rusiyalı əsgərlərin şəhərə gəlməsi durumu bir az da pisləşdirib”.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat verib.
Bildirilib ki, Xersondakı məğlubiyyətdən sonra şəhərdə xeyli sayda rusiyalı yerləşdirilib. Onların intizam səviyyəsi isə olduqca aşağıdır.
Belə ki, rusiyalı əsgərlər mağazaları qarət edir, dava salır və qadınlara təcavüz edirlər. Mərkəzin məlumatına görə, Rusiya rəhbərliyi bu vəziyyət qarşısında acizdir, hətta qanun pozucularını həbsə atsa da, edamla hədələsə də, yenə də təsir göstərə bilmir.
“Rusiyalılar sevdikləri işlə məşğul olmaqda - dinc əhaliyə qarşı cinayətlər törətməkdə davam edirlər. Milli Müqavimət Mərkəzi şəhər sakinlərini Ukrayna hökumətinin nəzarətində olan əraziyə keçməyə çağırır. Melitopol Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edildikdən sonra evə geri dönərik”, - deyə məlumatda qeyd edilir.
Mənbə: UNIAN
Gundelik-Baku.Org