Mərkəzi Kəşfiyyat İdarəsi rusiyalılar arasında casuslar axtarır

Mərkəzi Kəşfiyyat İdarəsi rusiyalılar arasında casuslar axtarır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukraynadakı müharibədən narazı olan rusiyalılar arasında casuslar axtarmağa hazırlaşır.
Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlar üzrə direktor müavini Devid Marlou məlumat verib.
“Bizim kimi Rusiya Federasiyasının müharibəsinə qarşı çıxan rusiyalıları axtarırıq. Biz onlarla əməkdaşlığa açığıq”, - deyə MKİ-nin direktor müavini Devid Marlou qeyd edib.
Əməkdaşlıq üçün əsasən rusiyalı hərbçilər, məmurlar, oliqarxlar, liderlər axtarılır.
Mənbə: The Wall Street Journal
Gundelik-Baku.Org