Bayden yeni pandemiyanın anonsunu verdi

Bayden yeni pandemiyanın anonsunu verdi
Bəşəriyyəti daha bir pandemiya (Clovida) gözləyir.
Bu barədə ABŞ prezidenti Cozef Bayden dekabrın 13-dən 15-dək Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı danışıb.
"Və biz COVID-19-a son qoymaq üçün çalışsaq da, səhiyyə sistemlərini və institutlarını gücləndirməyə davam edirik və növbəti pandemiya da daxil olmaqla sağlamlıq problemləri ilə üzləşməyə hazır olmaq, səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək üçün səylər göstəririk. Bu, şübhəsiz ki, baş verəcək", - Amerika prezidenti bildirib.
O, ABŞ və Afrika ölkələri arasında, o cümlədən PEPFAR proqramı çərçivəsində QİÇS-ə qarşı mübarizə və malyariyaya qarşı əməkdaşlığı da qeyd edib.
Gundelik-Baku.Org