Ukrayna daha 12 İran dronunu məhv etdi

Ukrayna daha 12 İran dronunu məhv etdi
Noyabrın 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri  İranın Rusiyaya verdiyi 12 “Şahed-136” kamikadze pilotsuz təyyarəsini vurub. 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
"Noyabrn 1-dən 2-nə keçən gecə düşmən “ Şahed-136 ” kamikadze təyyarələri ilə şərq istiqamətindən Ukraynaya hücum edib. Ölkənin şərq və mərkəzi rayonlarında 13 baraj sursatından 12-si zenit müdafiəsi tərəfindən məhv edilib”, - məlumatda deyilir.
Şərq hava komandanlığının zenit-raket bölmələri, aviasiya və mobil atəş qrupları tərəfindən də altı PUA vurulub.
Gundelik-Baku.Org