Göyərtili kotletlərin arasında pul keçirmək istəyən kişi saxlanılıb

Göyərtili kotletlərin arasında pul keçirmək istəyən kişi saxlanılıb
Rusiyanın hava limanında kotletlərin arasında külli miqdarda pul keçirmək istəyən gənc saxlanılıb.
Hadisə “Domodedovo” hava limanında qeydə alınıb.
İlkin məlumatlara görə, tacik olduğu deyilən kişi özü ilə 10 min dollardan çox nağd pul aparmaq istəyib. O, pulu folqa kağızına ilə büküb göyərtili kotletlərin və digər ət yeməklərinin yanına qoyub, lakin “dahiyanə fikri” ona kömək etməyib. Aeroportun təhlükəsizlik işçiləri dollarları tapıblar və qanun pozucusunu saxlayıblar.
Hazırda gənci məbləğin 15 misli qədər böyük cərimə və ya 4 il həbs cəzası gözləyir.

Mənbə: TourDom
Gundelik-Baku.Org