Rusiyalı casus Norveçdə saxlanıldı

Rusiyalı casus Norveçdə saxlanıldı
Rusiya vətəndaşı Norveçin Tromso hava limanında pilotsuz uçuş aparatı və Norveç silahlı qüvvələrinə məxsus helikopterin şəkli ilə saxlanılıb.  
Rusiyalının üzərində çoxlu sayda foto avadanlığı, o cümlədən 2 ədəd PUA, həmçinin Kirkenes hava limanının təsvirləri olan bir neçə yaddaş kartı olub. Hadisəyə təhlükəsizlik polisi cəlb olunub.
Saxlanılan şəxs 4 həftəlik nəzarətə alınıb. O, bunu şəxsi maraqları üçün etdiyini bildirib. 
Gundelik-Baku.Org