Həbsdəki atasına narkotik keçirmək istəyən qadın tutuldu

Həbsdəki atasına narkotik keçirmək istəyən qadın tutuldu
Bakıda həbsdə olan atasına narkotik maddə keçirmək istəyən qadın yaxalanıb.
Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki,  Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rövşən Arif oğlu Qasımovun yanına görüşə gəlmiş qızı Abşeron rayon sakini Cahan Rövşən qızı Qasımova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı şalvarın yan cibində gizlədilmiş şəffaf sellofan bükülüdə ümumi çəkisi 0,137 qram psixotrop maddə - metamfetamin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org