Məşhur reper “Grand Daddy I.U.” 54 yaşında dünyasını dəyişib

Məşhur reper “Grand Daddy I.U.” 54 yaşında dünyasını dəyişib
Reper “Grand Daddy I.U.” (əsl adı Ayub Bey) 54 yaşında dünyasını dəyişib.
Bununla bağlı xəbəri musiqiçinin nümayəndəsi Raya özünün “Instagram” hesabında paylaşıb.
“Yaxşı deyiləm. Mən darmadağın oldum. Nəsə demək üçün şəkillər və ya hekayələr yerləşdirməli deyiləm”, – deyə bildirən Raya ifaçının ölüm səbəbini açıqlamayıb.
Mərhum reperin dostu, hip-hop prodüseri “Pit Rok” (əsl adı Piter Fillips) da sosial şəbəkədə paylaşım edərək, Ayub Beyin yuxuda olarkən, dinc şəkildə dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, “Grand Daddy I.U.”nun debüt albomu 1990-cı ildə buraxdığı və “Something New”, “Sugar Free” kimi mahnılarının daxil olduğu “Smooth Assassin” olub. Bundan dörd il sonra - 1994-cü ildə “Lead Pipe” adlı ikinci albomunu buraxıb. Musiqiçi 13 illik fasilədən sonra “Stick to the Script” adlı üçüncü albomu ilə pərəstişkarlarını sevindirib. Onun son sinqlı “Stay Fly” isə 2021-ci ilin iyulunda buraxılıb.
Mənbə: People

Gundelik-Baku.Org