“Desi Piskatella” 56 yaşında vəfat etdi

“Desi Piskatella” 56 yaşında vəfat etdi
“OITNB” (“Orange Is the New Black”) seriallarında həbsxana nəzarətçisi Desi Piskatella rolu ilə daha çox tanınan məşhur amerikalı aktyor Bred Uilyam Henke 56 yaşında vəfat edib.
Bu barədə Henkenin agenti Şeri Koen xəbər verib.
Onun sözlərinə görə, aktyor yuxuda dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Aktyorluq karyerasına başlamazdan əvvəl ABŞ-nin Milli Futbol Liqasının (NFL) yarımmüdafiəçisi olan Henke “Təcili yardım” (ER), “Arli$$” (“Arliss”), “Sağ qalmaq” (“Lost”),  “Bəraət almış” (“Frikjent”) və s. seriallarda çəkilib. 100-dən çox aktyorluq işi olan Bred “CSI”, “Ədalətli Emi” (“Judging Amy”), “İordaniyanı keçərkən” (“Crossing the Jordan”), “Dekster” (“Dexter”) kimi bir çox başqa filmlərdə də rol alıb.
Henke 2016-cı ildə “Komediya filmində ən yaxşı aktyor heyəti”nə görə digər aktyorlarla birlikdə Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülüb.
Mənbə: The Hollywood

Gundelik-Baku.Org