Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
“What a Feeling” hitinin ifaçısı, müğənni və aktrisa Ayrin Kara 63 yaşında ABŞ-da dünyasını dəyişib.
Xarici mətbuat xəbər verir ki, aktrisa Floridadakı evində dünyasını dəyişib. Ölümün səbəbi müəyyənləşdirilir.
Qeyd edək ki, Ayrin Kara “Oskar”, “Qızıl Qlobus” və “Qremmi” mükafatı laureatıdır. O, “Flash Dance” filminin saundtreki olan “What a Feeling” mahnısını ifa etdikdən sonra, həmçinin “Şöhrət” filmində iştirakı sayəsində məşhurlaşıb.
Gundelik-Baku.Org