Ukrayna daha 14 yaşayış məntəqəsini ruslardan azad etdi

Ukrayna daha 14 yaşayış məntəqəsini ruslardan azad etdi
Ukrayna hərbçiləri Xarkov, Luqansk və Donetsk vilayətlərinin 14 yaşayış məntəqəsi ərazilərində rus işğalçılarının hücumlarını dəf ediblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 
"Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Qryanikyvka, Luqansk vilayətinin Novoselivske, Çervonpopivka, Serebryansk və Biloqorivka yaşayış məntəqələri ərazilərində rus işğalçılarının hücumlarını dəf edib", - məlumatda deyilir.
Gundelik-Baku.Org