Luqanskın 9 yaşayış məntəqəsi ruslardan azad edildi

Luqanskın 9 yaşayış məntəqəsi ruslardan azad edildi
Ukraynanın Luqansk vilayətinin 9 yaşayış məntəqəsi Rusiya qüvvələrindən azad edilib.
Bunu Luqansk regional administrasiyasının rəhbəri Sergey Hayday "Twitter"də paylaşım edib. 
"Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində artıq 9 yaşayış məntəqəsini azad edib. Ümid edirəm ki, müdafiəçilərimiz hər həftə bu rəqəmi artıracaqlar", -  deyə  o yazıb.  
Gundelik-Baku.Org