Xersonun 12 ərazisi ruslardan azad edildi

Xersonun 12 ərazisi ruslardan azad edildi
Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində apardığı hücum əməliyyatları zamanı 12 yaşayış məntəqəsi azad edib. 
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilir ki, sözügedən ərazilər Dudçanı, Pyatixatki, Borozenskoe, Sadok, Bezvodnoe, İşenko, Kostromka, Krasnolyubeçk, Kalinovskoe, Bobrovıy Kut, Bezimyannoe və Blaqodatnoedir.
Məlumata görə, Xerson istiqamətində hücum əməliyyatları davam etdirilir.
Gundelik-Baku.Org