Ukraynada Rusiyanın hərbi birliyi məhv edildi

Ukraynada Rusiyanın hərbi birliyi məhv edildi
Döyüş tapşırıqlarından birinin yerinə yetirildiyi ərazidə Ukrayna Silahlı Qüvvələrinin hava hücumu qoşunlarının qırıcıları Rusiya hərbçilərinin bütöv bir hissəsini məhv ediblər. 
Bu barədə hava hücumu qoşunlarının mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
"Ukraynalı desantçılar tapşırıqların yerinə yetirildiyi ərazilərdən birində rus işğalçılarının bir hissəsini məhv ediblər. Onların cəsədləri meşə qurşağı ilə səpələnib. Doğma Ukrayna torpaqlarında hər bir işğalçı ilə belə olacaq", - məlumatda deyilir.
Gundelik-Baku.Org