“Qızıl Qlobus 2023”ün namizədləri kimlərdir?

“Qızıl Qlobus 2023”ün namizədləri kimlərdir?
80-ci dəfə baş tutacaq “Qızıl Qlobus 2023”ün namizədləri açıqlanıb.
Xarici KİV xəbər verir ki, "Ən yaxşı dram filmi" nominasiyası üçün iddiaçılar rejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu”, Baz Luhrmannın “Elvis”, Stiven Spilberqin “Fabelmanlar”, Todd Fildin "Tar" və Cozef Kosinskinin “Top Gun: Maverick” filmləri olub.
"Ən yaxşı dram aktrisası" nominasiyasında aktrisalar Keyt Blanşett ("Tar"), Oliviya Kolman ("İşıq İmperiyası"), Viola Devis ("Döyüşçü Kraliçası"), Ana de Armas ("Sarışın") və Mişel Uilyams ("Fabelmanlar"), "Ən yaxşı dram aktyoru” nominasiyasında isə aktyorlar Ostin Batler (“Elvis”), Brendan Freyzer (“Kit”), Hyu Cekman (“Oğul”), Bill Nayi ("Canlı") və Ceremi Poup ("Yoxlama") mükafat uğrunda mübarizə aparacaqlar. "Saul", "Tac", "Əjdaha evi", "Ozark" və "Severance" adlı ekran işləri "Ən yaxşı dram serialı" uğrunda yarışacaq.
Gundelik-Baku.Org