Türk aktyorlar Bakıya gəlir

Türk aktyorlar Bakıya gəlir
Türkiyənin məşhur aktyorları Azərbaycana gəlir.
OLAY yazır ki, aktrisalar İpek Tuzcuoğlu, Didem Balçın, aktyorlar İlker Aksum, Umut Karadağ, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel Nizami Kino Mərkəzində baş tutacaq  “Bakı Türk Filmlər Həftəsi”ndə iştirak edəcəklər. 
Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitunun təşkilatçılığı ilə dekabrın 17-21-də baş tutacaq. 

Açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə olacaq. Dekabrın 19-da isə Nizami Kino Mərkəzində Semih Kaplanoğlunun master-klassı keçiriləcək və o, sektorun nümayəndələri ilə görüşəcək. “Bakı Türk Filmlər Həftəsi”nin keçirilməsində məqsəd türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirmək, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə verməkdir. 

Dekabrın 17-21-də “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq. 

Gundelik-Baku.Org