Bu gün Yazıçılar Birliyinə yeni sədr SEÇİLƏCƏK

Bu gün Yazıçılar Birliyinə yeni sədr SEÇİLƏCƏK
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçiriləcək.
Qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 11:00-da başlayacaq. AYB-yə 1987-ci ildən bəri Anar Rzayev rəhbərlik edir. Yazıçı bu dəfə də sədr postu üçün namizədliyini irəli sürüb.
Hazırda qurultaya gələnlər arasında qocaman ziyalılar üstünlük təşkil edirlər. Toplantıya qatılanlar arasında Hafiz Paşayev, Əflatun Amaşov, Seyran Səxavət, Aqil Abbas, Baba Vəziroğlu kimi ziyalılar yer alırlar.
Xatırladaq ki, Qurultayın ilk olaraq 5 oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri ilə əlaqədar toplantı 26 oktyabr tarixinədək təxirə salındı.
Gundelik-Baku.Org