“Kelebek” səhnəsində İrandakı qadınlara dəstək oldu

“Kelebek” səhnəsində İrandakı qadınlara dəstək oldu
Türk aktrisa Ezgi Mola “Altın Kelebek” mükafatlandırma mərasimində iranlı qadınlara dəstək çıxışı edib. 
“Ən yaxşı komediya aktrisası” seçilən Ezgi ödülünü alarkən bu sözləri bildirib:
“Məhsa Əmini hadisələrindən sonra  İrandakı qardaşlarımız adına çox yaxşı xəbər gəldi. Bildirildi ki, orada “Əxlaq polisi” ləğv edilib və artıq olmayacaq. Onların yanındayıq”.
Xatırladaq ki, 22 yaşlı Məhsanın hicab qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranda etirazlar başlayıb.


Gundelik-Baku.Org