Anar yenidən AYB-nin sədri seçildi - YENİLƏNİB

Anar yenidən AYB-nin sədri seçildi - YENİLƏNİB
Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.
Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.
***
11:03
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
Qeyd edək ki, AYB-nin hazırki sədri ona 1987-ci ildən bəri rəhbərlik edən Xalq yazıçısı Anar Rzayevdir. 
 
Gundelik-Baku.Org