"Bank of Baku" müştərilərlə BELƏ ƏYLƏNİR - GİLEY

"Bank of Baku" müştərilərlə BELƏ ƏYLƏNİR - GİLEY
"Bank of Baku" mü.təriləri ilə rəsmən əylənir. Hər halda bunun başqa adı yoxdur. Və yaxud da bu bank elə düşünür ki, çətini müştərinin banka gəlməsidir və bundan sonrası asandır...

DİA.AZ bildirir ki, sözügedən bankdan şikayət edən vətəndaş "Bank of Baku"nun aldadıcı təkliflərinin qurbanı olduğunu iddia edir.

"Bank of Baku" müştərilərlə BELƏ ƏYLƏNİR

"Şikayətim "Bank of Baku"dandır. O gün zəng etmişdilər ki, sizə 3000 manat kredit təklif edirik, istəyirsiz 24 aya 14 faizlə ... Mən də dedim, "bəli, o biri bank borcumu bağlamaq üçün istərəm... faizi çoxdu". Dedi, hansı filial sizin üçün yaxındır... Mən də "Dəniz mall"ın yanındakı filiala yaxınlaşmaq istədiyimi bildirdim. Dedi, buyrub sabah yaxınlaşa bilərsiz.

"Bank of Baku" müştərilərlə BELƏ ƏYLƏNİR

Sabahı gün yaxınlaşdım, "Neftçilər" filalından əməkdaş dedi ki sizə elə bir təklif edə bilməzlər...

Birinci dəfədir belə şeylə rastlaşıram və mənim nə qədər vaxtımı aldılar. O qədər yol gəl, 1 saat sıra gözlə və sonda belə desinlər.

Milləti dolamayın, camaatın işi-gücü var. Həftədə bir dəfə istirahətimiz olur, onu da vurdum yerə sizə görə... Ayıbdır!!!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Gundelik-Baku.Org