Türkiyədə leysan həyatı iflic etdi, məktəblər bağlandı

Türkiyədə leysan həyatı iflic etdi, məktəblər bağlandı
Türkiyənin Antalya şəhərində uzunmüddətli yağışlı hava şəraiti nəticəsində mərkəzi bölgələri su basıb. 
“Anadolu” agentliyi xəbər verir ki, xüsusən Antalyanın Kumluca rayonu ərazisində evlər və müxtəlif obyektlər güclü yağışdan zərər görüb.
Məlumata görə, təhsil müəssisələri fəaliyyətini dayandırıb, elektrik enerjisinin verilişində problemlər yaranıb. Bələdiyyə əhaliyə müraciət edərək yaşayış yerlərini tərk etməmək və diqqətli olmaq barədə çağırış edib.
Hazırda fövqəladə hallar orqanları ərazidə fəaliyyətini davam etdirir.
Gundelik-Baku.Org