Rusiyada 59 şaxtaçı yerin altında qaldı

Rusiyada 59 şaxtaçı yerin altında qaldı
Donetskdəki Zasyadko şaxtasında elektrik enerjisinin kəsilməsi nəticəsində 59 şaxtaçı yerin altında qalıb. 
Bu barədə özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb "Smolyanka-220" transformator yarımstansiyasının təchizat xəttinin zədələnməsi olub. 
Mədənçilərin yerin üstünə qalxması xilasedicilərin nəzarəti altında olan müəssisə tərəfindən həyata keçiriləcək. Hazırda onları müayinə etmək üçün həkimlər ərazidə gözləyir. 
"Smolyanka-220" yarımstansiyasının zədələnməsinin səbəbi açıqlanmır.
Gundelik-Baku.Org