Nazir Elman Həsənovu vəzifəsindən AZAD ETDİ

Nazir Elman Həsənovu vəzifəsindən AZAD ETDİ
“Aztelekom” MMC-də kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Baş direktorunun müavini Elman Həsənov vəzifəsindən azad edilib.
Bildirilib ki, E.Həsənov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxilində başqa vəzifəyə təyinatı ilə əlaqədar olaraq 21.10.2022-ci il tarixindən etibarən “Aztelekom” MMC-dəki fəaliyyətini dayandırıb. 
Elman Həsənov peşəkar fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində Baş direktorun müavini olaraq davam etdirəcək.
Gundelik-Baku.Org