Oliqarx müsadirə edilən lüks yaxtasını oğurladı

Oliqarx müsadirə edilən lüks yaxtasını oğurladı
Rusiyalı oliqarxın həbs edilən yaxtası İtaliyanın Sardiniya adasının limanından yoxa çıxıb.
"The Guardian" xəbər verir ki,  22 metrlik yaxta mineral gübrələr istehsal edən şirkətin sahibi, milyarder Dmitri Mazepinə məxsusdur.
Dəyəri 700 min avro olan gəmi Olbia limanında mart ayında sanksiya siyahısına salındıqdan sonra müsadirə  edilib. Yaxta iyun ayına qədər orada qalıb lakin son günlərdə  yaxta anidən yoxa çıxıb.  
Sardiniya Maliyyə Polisi Departamentinin sözüçüsü bildirir ki, rusiyalı oliqarx yaxtanı oğurlatdırıb. Belə ki, Mazepin İtaliyadan yaxtanı oğurlamaq üçün sardiniyalı kapitanı işə götürüb.
İstintaqın məlumatına görə, yaxta Tunisin kiçik Biserta limanında dayanıb, lakin onun hazırkı yeri məlum deyil.
Bildirilir ki, kapitan gəmini qanunsuz olaraq İtaliyadan çıxardığına görə 500 min avroya qədər cərimələnəcək. 
Nəşr yazır ki, bu, İtaliyada ölkədəki aktivləri dondurulmuş rusiyalının Aİ sanksiyalarından yayına bildiyi ilk haldır.
Rusiyalı oliqarxlara qarşı sanksiyalar
Aİ Rusiyaya qarşı sanksiyaları fevralın 24-də Ukraynanı işğal etdikdən sonra artırıb. Avropa ölkələri hazırda səkkizinci məhdudiyyətlər paketini hazırlayır.
Sanksiyalarla əlaqədar olaraq, artıq bir neçə ölkədə sanksiyaya məruz qalan rusiyalı oliqarxların Putinlə əlaqəsi olan əmlakına və aktivlərinə həbs qoyulub. Həbs edilənlər arasında oliqarxların villaları və digər daşınmaz əmlak obyektləri, təyyarələri və yaxtaları da var.
Ukraynada Rusiyadan təzminat kimi Rusiya əmlakının verilməsini tələb edirlər. Lakin Aİ-də bu məsələ ilə bağlı müzakirələr hələ də davam edir.
Ümumilikdə, Bloomberg Billionaires Index reytinqinə əsasən, ilin əvvəlindən Rusiya oliqarxları ümumilikdə 94 milyard dollar yoxsullaşıb.
Gundelik-Baku.Org