Rusiyalı turistlər İsraildən deportasiya edildi

Rusiyalı turistlər İsraildən deportasiya edildi
Yekaterinburqdan İsrailə daxil olan iki rusiyalı turistin pasportu sərhəd xidməti tərəfindən götürülüb. 
Xarici KİV xəbər verir ki, turistlərə heç bir izahat verilməyib və onlar ölkəyə buraxmayıb.
Onlardan birinin sözlərinə görə, İsrail sərhədçiləri 50-yə yaxın rusiyalını təyyarədən çıxarıblar: "İsrailə adi turist kimi gəldik, dönüş biletlərimiz, sığortamız, yanımızda böyük miqdarda nağd pul var idi. Ben Qurion hava limanına çatdıq. Biz hamı kimi İsrail ofisinə əlavə sorğu-sual üçün göndərildik, orada 50-yə yaxın adam oturmuşdu".
Dindirildikdən sonra, turistlərə İsrailə giriş qadağan edilib. Onların pasportları müsadirə edilib və onlara qayıdış reyslərini gözləmək tapşırılıb. Təyyarə gəldikdən sonra ruslar Tbilisiyə deportasiya edilib, oradan da Rusiyaya uçublar.
Eyni zamanda, İsrail sərhədçiləri bir neçə əcnəbini də ölkəyə buraxmayıblar. 
Gundelik-Baku.Org