Rusiyaya məxsus 3 şəxsi təyyarə müsadirə edildi

Rusiyaya məxsus 3 şəxsi təyyarə müsadirə edildi
Finlandiyanın hüquq-mühafizə orqanları Rusiya vətəndaşlarına məxsus 3 şəxsi təyyarəni müsadirə edib. 
Bu barədə Finlandiyanın Yle telekanalı məlumat dərc edib. 
Məlumata görə, Polar Aviation Oy şirkətinin təyyarələri Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına daxil edilmiş ruslara məxsus olub. Finlandiya şirkəti isə öz növbəsində sanksiyaya məruz qalan şəxslərin onların müştəriləri arasında olmasını inkar edib. 
Gundelik-Baku.Org