Rusiyalı "nazir müavini"nə sui-qəsd edildi

Rusiyalı "nazir müavini"nə sui-qəsd edildi
Rusiyanın ilhaq etdiyi Zaporojye vilayətinin mədəniyyət, idman və turizm nazirinin müavini Andriy Boykoya sui-qəsd cəhdi edilib. 
TASS xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb. 
Terrorçular onun evinin yaxınlığında yerləşdirdikləri partlayıcı qurğunu nazir evdən çıxarkən işə salıblar. Sui-qəsddən sonra onun sağ olduğu, lakin mərmi şokunda olduğu bildirilir.
Gundelik-Baku.Org