Özbəkistanın XİN rəhbəri işdən çıxarıldı

Özbəkistanın XİN rəhbəri işdən çıxarıldı
Özbəkistanın xarici işlər naziri Vladimir Norov vəzifəsindən azad edilib. 
Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Əvvəllər respublikanın xalq təhsili naziri vəzifəsini tutmuş Bəxtiyor Səidov xarici işlər nazirinin səlahiyyətlərini icra edən təyin edilib.
2022-ci ilin aprelində Vladimir Norov XİN rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edib, sentyabrın əvvəlində isə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edilib.
Məlumata görə, Norov başqa işə keçməsi ilə əlaqədar XİN rəhbəri vəzifəsindən çıxarılıb. 
Gundelik-Baku.Org