1 milyon dollara Özbəkistan vətəndaşlığı almaq mümkün olacaq

1 milyon dollara Özbəkistan vətəndaşlığı almaq mümkün olacaq
Özbəkistan hakimiyyəti investisiya yolu ilə vətəndaşlıq verməyi planlaşdırır. 
Xarici KİV-in verdiyi xəbərə görə, Özbəkistan iqtisadiyyatına ən azı 1 milyon dollar sərmayə qoyan əcnəbilər ölkə pasportunu ala biləcəklər. Müvafiq qanun layihəsi hazırda ictimai müzakirə üçün dərc olunub. 
Qanun layihəsində əcnəbilərin ikinci vətəndaşlıq kimi Özbəkistan vətəndaşlığını ala biləcəkləri və ya əvvəlki vətəndaşlıqdan imtina etməli olub-olmadıqları göstərilmir.
Gözlənilir ki, yenilik Özbəkistana xarici investisiya axınını artıracaq, həmçinin beynəlxalq biznes ictimaiyyətinin diqqətini respublikanın investisiya mühitində baş verən müsbət dəyişikliklərə cəlb edəcək.
Gundelik-Baku.Org