Türkiyə və Rusiya XİN nümayəndələri İstanbulda görüşəcək

Türkiyə və Rusiya XİN nümayəndələri İstanbulda görüşəcək
Türkiyə ilə Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr dekabrın 8-9-da İstanbulda keçiriləcək. 
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. 
"8-9 dekabr tarixlərində İstanbulda xarici işlər nazirinin müavini səfir Sedat Önal və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə BMT ilə taxıl sazişinin həyata keçirilməsi, eləcə də Suriya, Liviya və Fələstin kimi regional məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur", - XİN-dən bildirilib.
Gundelik-Baku.Org