“Dojd” telekanalının daha bir ölkədə yayımı qadağan edildi

“Dojd” telekanalının daha bir ölkədə yayımı qadağan edildi
Latviyanın “Dojd”u yayım lisenziyasından məhrum etmək qərarından sonra Litva tənzimləyicisi də telekanalın respublikada yayımını qadağan etmək qərarına gəlib.
Bu barədə ölkədə televiziya şirkətləri və radiostansiyalarının fəaliyyətini tənzimləyən Radio və Televiziya Komissiyasının nümayəndəsi Birute Kerşene bildirib.
Onun sözlərinə görə, telekanalın ölkə ərazisində yayımı dekabrın 8-dən dayandırılacaq.
Xatırladaq ki, bir gün öncə Latviyanın Elektron Media üzrə Milli Şurası (NSESMI) “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib. Qərarın “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verildiyi vurğulanıb.
Mənbə: TASS
Gundelik-Baku.Org