Bu ölkədə aztəminatlı insanlar üçün ictimai nəqliyyat pulsuz olur

Bu ölkədə aztəminatlı insanlar üçün ictimai nəqliyyat pulsuz olur
Amsterdam Şəhər Şurası 2023-cü ilin aprelindən aztəminatlı insanlar üçün ictimai nəqliyyatda pulsuz gediş-gəlişin tətbiqi barədə qərar qəbul edib.
Xarici mətbuat xəbər verir ki, qərar Niderlandın paytaxtında ictimai nəqliyyatda tariflərin sürətlə artması fonunda qəbul edilib. Tədbir aylıq gəliri minimum səviyyənin 130%-dən çox olmayan insanlara təsir edəcək. Şəhər Şurası bu təşəbbüsün ən azı 95.000 ailəni əhatə edəcəyini təxmin edir.
Sosial biletlər Amsterdamda avtobus, tramvay və metroda gediş-gəlişi təmin edəcək. Gündə maksimum səkkiz belə keçid sifariş oluna bilər. Amsterdam Nəqliyyat Departamentindən verilən məlumata görə, bu say 4 nəfərlik ailənin pulsuz gediş-gəlişini təmin etmək üçün kifayət edəcək.
Gundelik-Baku.Org