Estoniyada da “Dojd” “kəsildi”

Estoniyada da “Dojd” “kəsildi”
Latviya və Litvanın ardınca Estoniya da “Dojd” telekanalının yayımını dayandırıb.
Ölkədə əvvəllər telekanal üç operator tərəfindən yayımlanıb. Onlardan ikisində “Dojd” genişləndirilmiş kanal paketində idi.
Xatırladaq ki, Latviya Milli Media Şurasının rəhbəri İvars Abolinş telekanalın ölkədə yayım lisenziyasının ləğvi ilə bağlı açıqlama verib. Bu lisenziya “Dojd”a bir çox ölkələrdə, o cümlədən Avropa İttifaqı və ABŞ-də yayımlanmağa imkan verirdi.
Bundan əvvəl Litvada telekanalın yayımının dayandırılması ilə bağlı məlumat yayılmışdı.
Lisenziyanın ləğvi telekanalın əməkdaşı Aleksey Korostelyovun efirdə Krımın Rusiyanın tərkibində olan xəritəsini nümayiş etdirməsi və tamaşaçılara Rusiya ordusuna köməklə bağlı müraciətinin əks olunduğu qalmaqallı efirlə bağlıdır. İnformasiya xidmətinin rəhbəri və telekanalın aparıcısı Yekaterina Kotrikadze aparıcının davranışını redaktorlar üçün qəbuledilməz adlandırıb.
Mənbə: Postimees
Gundelik-Baku.Org