Azərbaycanın ilk tarixi serialı çəkilir

Azərbaycanın ilk tarixi serialı çəkilir
Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 seriyadan ibarət olması nəzərdə tutulub.
Gundelik-Baku.Org