Hulusi Akar: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir”

Hulusi Akar: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir”
“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir. Bu, regionda davamlı sülh və sabitliyə töhfə verəcək”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər üç ölkə regionda sülh və sabitlik üçün birgə səy göstərir.
Nazir sammitdə Cənubi Qafqazla bağlı ümumi baxışı bölüşən həmkarları ilə əməkdaşlıq məsələlərini geniş perspektivdən müzakirə etdiklərini əlavə edib.
“Biz Ermənistana uzadılan sülh əlinin tutulmasını istəyirik. Bu, həm özü, həm də regionda sülh üçün vacibdir. Əgər Ermənistan atəşkəsi pozmaqdan çəkinsə və razılaşmaya əməl etsə, sülhün və sabitliyin bir hissəsinə çevrilə bilər. Ümid edirik ki, belədir. Biz onlardan bunu gözləyirik”, - deyə Hulusi Akar vurğulayıb.
Xatırladaq ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş keçirilib. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Mənbə: Haber Global
Gundelik-Baku.Org