Məşhur aktrisanın polkovnik atası qəzada öldü

Məşhur aktrisanın polkovnik atası qəzada öldü
Aktyor və model Özge Ulusoyun atası, ehtiyatda olan polkovnik Haydar Ulusoy Ankarada baş verən yol qəzasında dünyasını dəyişib.
"Sözçü" xəbər verir ki,  06 DV 2053 dövlət nömrə nişanlı cip Türkiyə Milli Müdafiə Nazirliyinin lojmanlarının qarşısından yolu keçmək istəyən təqaüdçü polkovnik Heydər Ulusoyu vurub. 
Qəzada ağır yaralanan Ulusoy aparıldığı özəl xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Gundelik-Baku.Org